Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Almaniyanın Ukraynaya Leopard tankları göndərməsinə müqavimət göstərəcəyi təqdirdə qeyri-standart addımlar atmağa hazır olduqlarını bildirib.
Aktualtv.az xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski radio verilişində ölkəsinin Almaniyanın icazəsi olmadan Ukraynaya Almaniya istehsalı olan Leopard 2 tanklarını göndərə biləcəyini bildirib. Xarici işlər nazirinin müavini Yablonski deyib: “Biz bu cür qeyri-standart addımlar atmağa hazırıq, hətta güclü müqavimət olsa və kimsə incisə belə.
Rusiyanın Ukraynanın digər bölgələrinə yenidən hücum etmə riskinin hələ də ciddi olduğunu bildirən Yablonski, bu səbəbdən daim yeni əsgərlərin səfərbər edildiyini bildirib. Qərb ölkələrinin Ukraynaya tank tədarük etmək istəyini “müsbət inkişaf” kimi qiymətləndirən Yablonski qeyd edib ki, Ukraynaya tankları nə qədər tez versələr, Polşa bir o qədər təhlükəsiz olacaq.










