Polşadan diqqət çəkən açıqlama – ÖZƏL

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Almaniyanın Ukraynaya Leopard tankları göndərməsinə müqavimət göstərəcəyi təqdirdə qeyri-standart addımlar atmağa hazır olduqlarını bildirib.

Aktualtv.az xəbər verir ki, Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski radio verilişində ölkəsinin Almaniyanın icazəsi olmadan Ukraynaya Almaniya istehsalı olan Leopard 2 tanklarını göndərə biləcəyini bildirib. Xarici işlər nazirinin müavini Yablonski deyib: “Biz bu cür qeyri-standart addımlar atmağa hazırıq, hətta güclü müqavimət olsa və kimsə incisə belə.

Rusiyanın Ukraynanın digər bölgələrinə yenidən hücum etmə riskinin hələ də ciddi olduğunu bildirən Yablonski, bu səbəbdən daim yeni əsgərlərin səfərbər edildiyini bildirib. Qərb ölkələrinin Ukraynaya tank tədarük etmək istəyini “müsbət inkişaf” kimi qiymətləndirən Yablonski qeyd edib ki, Ukraynaya tankları nə qədər tez versələr, Polşa bir o qədər təhlükəsiz olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]