Əfqanıstanda son 7 gündə 97 nəfər soyuqdan dünyasını dəyişib.
Aktualtv.az xəbər verir ki, hipotermiyadan ölüm halları ölkənin şimal və cənubunda yerləşən 13 əyalətdə qeydə alınıb. Kəskin hava şəraiti 25 min başdan çox mal-qaranın tələf olmasına da səbəb olub. Əhali aclıqdan, işıq və içməli suyun, həmçinin yaşayış evlərinin isidilməsi üçün yanacağın olmamasından şikayətlənir.
Herat və Qəzni əyalətlərində sakinlər təhlükəsizlik qaydalarını pozaraq evlərini qızdırmaq üçün qazdan istifadə edir. Bunun nəticəsi kimi, Heratda 140-a yaxın insan dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib, Qəznidə isə 4 nəfər eyni səbəbdən dünyasını dəyişib.
Sinoptiklər Əfqanıstan üçün son dərəcə aşağı temperaturun davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Büllur Məmmədova /Aktualtv.az










