Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan Kriştiano Ronaldo gündəmdədir. Dəbdəbəli malikanəsi ilə gündəmə gələn Ronaldo 5 min avroya aşpaz axtarır.
Aktualtv.az xəbər verir ki, Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni inşa etdikləri ultra lüks malikanələrinə aşpaz tutmaqda çətinlik çəkirlər. Cütlüyün rəisi işə götürmək üçün irəli sürdüyü şərt bəlli olub.
Portuqaliyada dəbdəbəli ev tikdirir
Cristiano Ronaldo Səudiyyə Ərəbistanına uyğunlaşmaq üçün əlindən gələni edir və bu kontekstdə ailəsi portuqaliyalı ulduzun yanındadır və ölkə ilə ayaqlaşmağa çalışırlar. Ronaldo hələlik 2 il Ərəbistanda qalmağı planlaşdırır. Amma hazırda ulduz futbolçu Portuqaliyada astronomik ödəniş müqabilində ev tikir.
DƏYƏRİ 20 MİLYON AVRO
Bildirilib ki, portuqaliyalı superulduz ötən il doğma şəhərə qayıtmaq arzusu ilə “Mançester Yunayted”i tərk etməzdən əvvəl Kaskais, Quinta da Marinhada torpaq sahəsi alıb. Ronaldo dünya çempionatından sonra Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə müqavilə imzaladığı üçün hələlik iki ili burada keçirəcək. Müqavilə bitdikdən sonra o, təxminən 20 milyon avroya tikdirdiyi yeni evinə qayıtmağı planlaşdırır.
Ronaldo və sevgilisi Georgina Rodriguez beş övladını böyüdərkən həm ənənəvi Portuqaliya yeməklərini, həm də Yapon delikateslərini dadmaq istəyirlər. Beşqat Ballon d’Or qalibi iyunda tamamlanacaq yeni nəhəng iqamətgahı üçün aşpaz axtarır.
SUŞİ HAZIRLAYA BİLƏN ŞEFƏ AYLIK 5000 AVRO
Bu ayın əvvəlində “Əl Nassr”la mövsüm başına 200 milyon avro dəyərində iki illik müqavilə imzalayan 37 yaşlı oyunçu aşpaz üçün ayda 5 min avro verəcək. Artıq bəzi işçilər işə götürülsə də, suşi hazırlayacaq aşpaz hələ tapılmayıb.
Bildirilir ki, 544 kvadratmetrlik bağçası olacaq villada tennis kortu, idman zalı, açıq hovuz və 20 avtomobil tutumlu qaraj olacaq.
Büllur Məmmədova /aktualtv.az/










