Dünyanın ən yaşlı insanı: Qızı uzun ömürlü yaşamasının sirrini AÇIQLADI -Özəl

“Dünyanın ən yaşlı insanı” titulunun bu yaxınlarda fransız rahibə Lucile Randonun ölümündən sonra ispan Maria Branyas Moreraya keçdiyi güman edilir. Mariyanın uzun ömür sürməsinin sirrini yaşlı qadının 78 yaşlı qızı açıb.

Yanvarın 17-də vəfat edən fransız rahibə Lucile Randondan sonra dünyanın ən yaşlı insanı titulunun Maria Branyas Moreraya keçdiyi görünür.
Aktualtv.az xəbər verir ki, İspaniyada yaşayan Morera haqqında danışan Ginnesin Rekordlar Kitabının məsləhətçisi Robert D. Young, rəsmi orqanların mövzu ilə bağlı araşdırma apardığını bildirib. Ancaq rəsmi olmasa da, görünən odur ki, Morera hələlik dünyanın ən yaşlı insanıdır.
Eyni zamanda, hazırda 115 yaşı olan yaşlı qadın da 113 yaşında korona virusuna yoluyub və yan keçib.
Marianın kiçik qızı, 78 yaşlı Roza Moret, anasının uzun ömür sürməsinin sirrinin “genetik” olduğunu söyləyib.

İspan televiziyasına danışan Moret, “Anam heç vaxt xəstəxanaya getməyib, heç bir sümük sınmayıb, vəziyyəti yaxşıdır və ağrıları yoxdur” deyib.
Məlumdur ki, Mariya 1907-ci ildə San-Fransiskoda anadan olub. Marianın ailəsi Meksikadan ABŞ-a köçüb.

Ancaq Birinci Dünya Müharibəsi ilə ailə İspaniyaya qayıtmağa qərar verdi. 1931-ci ildə həkimlə evlənib.
Marianın əri 72 yaşında dünyasını dəyişib. Yaşlı qadının 3 övladı, 11 nəvəsi və 11 nəticəsi var.
Uşaqlığından pianoda ifa edən Maria 108 yaşında barmaqlarında uyuşma hiss etdiyi üçün pianodan imtina etməli olub.

2019-cu ildə İspaniya mətbuatına danışan Maria uzun həyatı ilə bağlı “Fərqli və ya qeyri-adi bir şey etmədim. Etdiyim tək şey yaşamaq idi” demişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]