Quranın yandırılmasına dünya səssiz qalmadı: Ən təəccüblü reaksiya isə isveçli nazirdən gəldi – FOTO -Özəl

Türkiyənin İsveçdəki Stokholm səfirliyi qarşısında Quran yandıran ifrat sağçı Paludan böyük reaksiyaya səbəb olub. İslam dünyasının bir çox ölkəsi bu qalmaqala səssiz qalmasa da, ən təəccüblü reaksiya İsveçin xarici işlər naziri Tobias Billströmdən gəlib. Billström Paludanın hücumunu “dəhşətli” adlandırıb.
Aktualtv.az xəbər verir ki, İfrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında qəzəb doğuran hərəkətini təkrarlayaraq Quranı yenidən yandırıb. Paludanın qalmaqallı hərəkətindən sonra dünya ayağa qalxdı. İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan və İsveç reaksiya verib.
İSVEÇ: DƏHŞƏTLİ
İsveçin xarici işlər naziri Tobias Billström Paludanın Qurani-Kərimi yandırmasını “dəhşətli” hesab edib. Billström Twitter hesabında “İslamofobik təxribatlar dəhşətlidir. İsveç geniş ifadə azadlığından istifadə edir. Lakin bu, bizim, İsveç hökumətinin və ya mənim ifadə olunan fikirləri dəstəklədiyimiz anlamına gəlmir” deyib.
İORDANİYA
İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçdə dinc yanaşı yaşayışı təhdid edən, zorakılıq və nifrətə sövq edən bu hərəkətin qəbul olunmadığı və pisləndiyi bildirilib. Bəyanatda “Qəbul və sülh mədəniyyətini yaymaq və gücləndirmək, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərinə maarifləndirmək, ekstremizmə, kin və nifrətə sövq etməmək hər kəsin borcudur” ifadəsindən istifadə edilmişdir.
PAKİSTAN
Pakistan Xarici İşlər Nazirliyi İsveçdə Qurani-Kərimin yandırılmasını ən sərt şəkildə pisləyib və bunu “iyrənc bir hərəkət” kimi qiymətləndirib. Xarici İşlər Nazirliyindən verilən açıqlamada, bu həssas və təxribatçı hərəkətin dünya üzrə 1,5 milyarddan çox müsəlmanın dini həssaslığını təhqir etdiyi bildirilib.
Bəyanatda İsveçdə Quranın yandırılması ən sərt şəkildə pislənilib və bu, “iyrənc bir hərəkət” kimi qiymətləndirilib. Bu cür hərəkətlərin qanuni ifadə azadlığı çərçivəsində sayıla bilməyəcəyinə diqqət çəkən bəyanatda ifadə azadlığının beynəlxalq hüquq çərçivəsində nifrət ifadələri etməmək, insanları zorakılığa təhrik etməmək kimi öhdəliklər daşıdığı xatırladılıb.
Bəyanatda beynəlxalq ictimaiyyəti islamofobiya, ksenofobiya, dözümsüzlük və din və əqidə zəminində zorakılığa təhrikə qarşı ortaq qətiyyət nümayiş etdirməyə çağırılıb, dünyanın dinlərarası harmoniya və dinc yanaşı yaşaması üçün birgə çalışmalı olduğu vurğulanıb. Pakistanın məsələ ilə bağlı narahatlığının İsveç səlahiyyətlilərinə çatdırıldığına diqqət çəkən bəyanatda, İsveçdən Pakistan xalqının və dünya müsəlmanlarının həssaslıqlarına qarşı həssas davranması və islamofob hərəkətlərin qarşısını almaq üçün addımlar atması istənilib.
KÜVEYT
Küveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabah İsveçdə ifrat sağçı siyasətçinin Quranı yandırmasını qətiyyətlə pislədiyini və bu cür hərəkətlərin müsəlmanları təxribata çəkəcəyi ilə bağlı xəbərdarlıq etdiyini bildirib.
Sabah beynəlxalq ictimaiyyətdən bu cür qəbuledilməz hərəkətlərin dayandırılması, nifrət və ekstremizmin bütün formalarının qarşısının alınması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməyi xahiş edib. Sabah həmçinin “siyasəti və dini ayırmağa, xalqlar arasında dialoq, tolerantlıq və sülh şəraitində birgəyaşayış dəyərlərini yaymağa və bütün ilahi dinlərə qarşı hər cür təhqirin qarşısını almağa” çağırıb.
SƏUDİYYƏ ƏRƏBİSTANI
Səudiyyə Ərəbistanı hökuməti ifrat sağçı bir şəxsə Qurani-Kərimi yandırmağa icazə verən İsveç hakimiyyətini qınayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İsveç səlahiyyətlilərinin ifrat sağçı bir şəxsin Quranı yandırmağa icazə verməsini şiddətlə qınadığı qeyd edilib. Bəyanatda Səudiyyə Ərəbistanının dialoq, tolerantlıq və birgəyaşayış dəyərlərinin yayılması, nifrət və ekstremizmin qarşısının alınması ilə bağlı sarsılmaz mövqeyi vurğulanıb.

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]