Ağ Evdə “istefa” səsləri -Özəl

Tezliklə Ağ Evdəki vəzifəsini tərk edəcəyi deyilən Baş Qərargah rəisi Ron Klainin yerinə Ceff Zientsin təyin ediləcəyi iddia edilib.
Aktualtv.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin yaxın həftələrdə Ağ Evin Aparat rəhbəri vəzifəsindən getməsi gözlənilən Ron Klainin yerinə Ağ Evin keçmiş Covid-19 koordinatoru Ceff Zientsi gətirəcəyi irəli sürülüb.
AP, Baydenin Zientsi Ağ Evin Baş Qərargah rəisi təyin etməyi planlaşdırdığını bildirdi.
Bildirilib ki, Ağ Ev müvafiq düzəlişlə bağlı xəbərə münasibət bildirilməsi tələblərinə cavab verməyib.
EPİDEMİYAYLA MÜBARİZƏ EDİLƏN KOMANDA RƏHBƏRİ İDİ
Hökumət və özəl sektorda mühüm idarəetmə təcrübəsinə malik olduğu hesab edilən Zients keçmiş prezident Barak Obamanın administrasiyası dövründə Milli İqtisadi Şuranın direktoru və İdarəetmə və Büdcə Ofisinin direktoru vəzifəsini icra edib.
Bayden dövründə Ağ Evdə epidemiya qrupuna rəhbərlik etdikdən sonra, Jeff Zients keçən aprel ayında bu vəzifədən istefa verdi, lakin Ron Klainin tələbi ilə Ağ Evdə siyasi araşdırma və planlaşdırma kimi sahələrdə işləməyə davam edib.
Obama administrasiyasında vitse-prezident olarkən Baydenin şəxsi katibi olan Klainin uzun müddətdir hazırkı işindən ayrılmağı düşündüyü və Baydenin “Birliyin vəziyyəti”ndən sonra ayrılmağı hədəflədiyi xəbərlərdə öz əksini tapıb.

Büllur Məmmədova /aktualtv.az/

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]