Azərbaycanın sədrlik etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclası keçiriləcək -Özəl

Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının 26-cı iclası keçiriləcək.

Aktualtv.az xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri iştirak edəcək.

Qeyd edək ki, bu ildən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası yanvarın 11-də Tehranda keçirilib.

Səbinə Məmmədova /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]