Pakistanda milli elektrik şəbəkəsindəki problem səbəbindən 220 milyona yaxın insan işıqsız qalıb. Bildirilib ki, sistemin köhnə iş formasına qaytarılması üçün profilaktik işlər davam etdirilir.
Pakistanın milli elektrik şəbəkəsindəki problem təxminən 220 milyon insanı işıqsız qoyub.
Aktualtv.az xəbər verir ki, Pakistanın energetika naziri Khurram Dastgir məsələ ilə bağlı verdiyi açıqlamada, yerli vaxtla saat 07:34-də milli elektrik şəbəkəsinin bağlanması səbəbindən sistemdə geniş yayılmış nasazlığın olduğunu bildirib. Bildirilib ki, sistemin köhnə iş formasına qaytarılması üçün profilaktik işlər davam etdirilir.
Bu ayın əvvəlində Pakistanın baş naziri Şahbaz Şərif əyalət rəsmilərinə enerji istehlakını 30 faiz azaltmağı tapşırmışdı. Restoranların saat 22:00-da, marketlərin isə 20:30-da bağlanması qərara alınıb.












