Dünyanın ikili siyasəti, ikili standartlar-Azərbaycana qarşı qərəzli mövqe -Açıqlama -Özəl

“Ümumiyyətlə, son dövrlər və son günlər Aİ-nin Azərbaycanla bağlı qərəzli mövqeyi nümayiş olunur və təəssüflər olsun ki, 30 ildir ki, biz bu cür yanaşmaya şahid oluruq. Dünyanın ikili siyasəti, ikili standartlar, Azərbaycana qarşı qərəzli mövqeylər-bütün bunlar hamısı bizim şahidliyimizlə həyata keçirilib”.

Bunu Aktualtv.az-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib. Ramiz Alıyev bildirib ki, Azərbaycan vətən müharibəsində qalib gəldikdən sonra Aİ şurasının sədri Şarl Mişellə cənab Prezidentimizin görüşündə müəyyən irələyişlər, müəyyən nikbin baxışlar sezildi:

“Biz hesab edirdik ki, digər beynəlxalq təşkilatlardan fərqli olaraq Aİ sözünün üstündə duracaq, Azərbaycana haqlı dəstəyini davam etdirəcəkdir. Yalnız biz bir şeyi unutmamalıyıq və unutmuruq ki, Aİ həm də Fransasının bir təşkilatı kimi nümayiş olunur, Fransanın və bəzi ölkələrin sifarişlərini yerinə yetirməklə məşğul olur. Bütün bunları nəzərə alsaq, obyektiv qərarların veriləcəyinə inanmamalıyıq. Bu yaxınlarda şahid olduq ki, siyasət və təhlükəsizlik komitəsi Ermənistan ərazisinə uzunmüddətli missiyanın göndərilməsi prosesinə başlanılmasını müzakirə etdi və o qanun təsdiqini tapdı. Bu və digər məsələləri nəzər salsaq, Aİ də digər təşkilatlar kimi obyektiv qərarlar qəbul edə bilmir”.

Politoloq bildirib ki, Aİ hansısa ölkənin və şəxslərin təsirindən çıxa bilmir:
“Bu, beynəlxalq təşkilat olaraq, qurum olaraq həqiqətən məyus olunacaq bir durumdur. Əlbəttə, Azərbaycan lazım gəldikdə öz gücündən istifadə edir. Cənab Prezidentin Davos formunda görüşlərini, müzakilərini biz diqqətlə dinlədik. Cənab Prezidentin səsləndirdiyi fikirlərə baxsaq, görərik ki, biz mövqeyimizdəyik və mövqeyimizdən kənara çəkilmərik. Ona görə də, hər hansı beynəlxalq qurumun təsirinə düşməyəcəyimizi hər kəs çox yaxşı bilir.

Buna görə də, mən hesab edirəm ki, Azərbaycan öz mövqeyində qalmalıdır və qalacaqdır,təbii ki, bu belə də olmalıdır. Azərbaycan heç bir vətəndaşı blokadaya salmayıb, tam əksinə, yüklərin daşınmasında humanitar gedişlərin rahat, sərbəst həyata keçirilməsinə bütün şəraiti yaradıb. Orada olan ekofəallar Azərbaycanın sərvətlərinin talanmasına və ekoloji terrora qarşı mübarizə aparır, ekologiyanın qorunmasını dəstəkliyirlər. Burada dəfələrə şahid olduq ki, ermənilər təşkilatlara, qurumlara da təsir etməyə çalışırlar. Xankəndində yaşayan erməni əsilli vətəndaşlarımız, öz ehtiyaclarını rahat şəkildə sülhməramlıların yerləşdiyi ərazidə keçirirlər.

Fəallarımız nümunəvi addım atırlar və heç bir problem yaratmırlar. Bütün bunları nəzərə alaraq belə bir qərarın verilməsi həqiqətən də faciəvi bir durumdur. Ermənistan artıq Rusiya və İranın tərkibindən çıxıb Avropa və qərbin tərkibinə girmək üçün cəhd göstərir. Bu da onun göstərir ki, Ermənistan üçün bağlılıq, demokratiya, dostluq kimi anlayışlar yoxdur. Onlar işinə yarayacaq təşkilat və ölkələrin yanında yer alırlar.
Buna görə də Fransa Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olmasını istəməyən ölkədir, çalışır ki, münaqişəni davam etdirsin. Amma artıq bu mümkün deyil, çünki Azərbaycan artıq 30 il öncəki Azərbaycan deyil, öz sözünü deyən qüdrətli ölkədir. Biz bunu 2020-ci ilin 27 sentyabrında gördük. 44 günlük vətən müharibəsində biz bunu bacardıq.

Lakin bu cür qərarların, təkliflərin verilməsi münaqişəni daha da kəskinləşdirəcək və Azərbaycanı öz gücündən istifadə etməyə vadar edəcəkdir. Azərbaycan tərəfi razı olmasa nə qrup, nə də təşkilat yaradılacaqdır. Ona görə də, mən hesab edirəm ki, münaqişənin həll olmağını istəyirlərsə, həm Aİ, həm Fransa həm də digər ölkələr bu cür məqamlarda ehtiyatlı olmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, sabah Azərbaycan ordusu öz ərazisində anti-terror əməliyyatı həyata keçirsə və orada olan silahlı dəstələri qovmağa başlasa, içi Fransa qarışıq digər ölkələr Azərbaycana təsir edə bilməyəcək. Yenə Ermənistan pis vəziyyətdə qalıb, dünya liderlərinə yalvaracaqdır”.

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]