“Iran Ermənistanı görəndə Allah yadından çıxır: Qurani Kərim yanır hanı İran? niyə ölüb”? – AÇIQLAMA -Özəl

“Hal-hazırda Türkiyədə prezident seçkilərinə hazırlıq gedir. May ayında nəzərdə tutulan prezident seçkilərində Avropada bəzi qüvvələr R.T.Ərdoğanın yenidən hakimiyyətə gəlməsini istəmirlər. Əslində bu düşünülmüş bir aksiyadır. Məhz Türkiyə səfirliyinin qarşısında atılan bu addımla həm Türkiyə, həm də islama olan nifrəti gündəmə gətiriblər. Bu 1 milyard 850 milyon olan insana olan bir nifrətdir. Səmavi dinlər içərisində İslam dini birinci yeri tutur. Və buna İslam dövlətləri tərəfindən reaksiyanın göstərilməməsi bir daha göstərir ki, reaksiya verənləri çıxmaq şərt ilə hamısında İslam yalandandır, maraqlaırını güdən insanlardan ibarətdir.”

Bu fikirləri Aktualtv.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Politoloqun sözlərinə görə, İsveçin NATO-ya girməsinə Türkiyənin hələlik razılıq verməməsi güya siyasi demarş idi. Bunlar əvvəlki Türkiyə ilə indiki Türkiyəni qarışdırıblar. Türkiyədə hələ də davam edən mitinqlər buna ciddi cavab idi. Bunun arxasında duran qüvvələr Vatikana bağlı olan qüvvələrdir. Bilirsiniz ki, Danimarka vətəndaşının gəlib İsveçdə Quranı yandırması təsadüf ola bilməz. Bunlar həm PKK-ya dəstək verdilər, həm də anti-türk qüvvələrə dəstək verdilər. Amma məsələyə 51 müsəlman dövlətindən cəmi 5 dövlət reaksiyasını bildirdi.

Türkiyədən sonra Azərbaycan buna ciddi reaksiya verdi. Amma reaksiyanın nəticəsi olaraq təcili “İslam Təşkilatının” toplantısını keçirərək bu adamın cəzalandırılmasını tələb etməli idilər.

Cümşüd Nuriyev bildirib ki, onlar sübut etməyə çalışırlar ki, İslam dini ekstirimiz dindir və ona görə də, bu addım İsveç dövlət səviyyəsində düşünülüb atılmışdı. Amma başa düşmədilər ki, burada İslam ərəblərdən ibarət deyil. 22 Ərəb dövlətindən cəmi 3 dövlət məsələyə reaksiya bildirdi. Qalanları harda ölüb? 10 milyonluq Azərbaycan indiki şəraitdə böyük riskə girərək buna reaksiya verir, bəs 100 milyonluq Misir harda batır?

Dünyada şəriətlə idarə olunan 3 dövlət var ki,onlar İran, Əfqanıstan, Mavritaniyadır. Hələlik heç birinin səsi çıxmayıb. Yəni, İran Ermənistanı görəndə Allah yaddan çıxır, Avropanı görəndə də Allah yaddan çıxır. Türkiyə və Azərbaycana qarşı hər hansısa bir addım atılanda İran sevindiyindən nə edəcəyini bilmir. Bunların harası müsəlmandır? Bilirsiniz, İslam birliyinin pozulmasında böyük rolu İran oynayır. Qurani- kərim yandı, yandırlır. Bir karikaturyaya görə, Fransanı qarışdıran müsəlmanlar indi hardadır? Hanı İran? Niyə ölüb?

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]