İranda bir gündə 3 qadın jurnalist həbs edildi (FOTO)

İranda bir neçə aydır davam edən etirazlarda jurnalistlər də həbs edilir.

Aktualtv.az İran KİV-lərinə istinadən xəbər verir ki, son 24 saat ərzində İranda 3 qadın jurnalist həbs olunub.

Məlumata görə, Melika Haşemi, Səidə Şəfi və Mehrnuş Zarei Hanzaki məhkəmə orqanları tərəfindən tutulub.

Səidə Şəfi İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyatı tərəfindən həbs edilərək Evin həbsxanasına köçürülüb.

Qeyd edək ki, daha 2 qadın jurnalist Nilufər Həmidi və Elaha Məhəmmədinin həbsindən dörd aydan çox vaxt keçir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]