İranda həbs edilən jurnalist xanımların kimliyi bilindi -Özəl

İran ədliyyəsinin sözçüsü heç bir media nümayəndəsinin peşəkar fəaliyyətinə görə həbs olunmadığı haqda zəmanət versə də, son 24 saat ərzində Tehranda azı üç qadın jurnalist həbs edilib.

Aktual TV xəbər verir ki, bu barədə İranın insan haqları təşkilatı və müxbirlərin yaxınları bildirib.

Məlumata görə, yanvarın 22-də Tehranda təhlükəsizlik qüvvələri üç jurnalisti – Malika Haşimi, Səidə Şafi və Mehrnuş Zareyi həbs edib.

Səidə Şafinin harada olduğu barədə məlumat verilmir, Mehrnuş Zarey isə Tehranın “Evin” həbsxanasına köçürülüb.

Qeyd olunur ki, Malikə Haşimi yanvarın 21-də saxlanılaraq naməlum istiqamətdə aparılıb, saxlanmasının səbəbləri açıqlanmayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]