Aktualtv.az xəbər verir ki, Prezident Andjey Duda bu barədə euronews-a müsahibəsində məlumat verib.
Bildirib ki, ölkəsi Ukraynaya hərbi dəstək verilməsində aparıcı rol oynamağa davam edəcək. O, Qərbli tərəfdaşlarını da Ukraynaya hərbi dəstəyi artırmağa təşviq edəcəyini deyib:
“Hazırda öz bölmələrimizdə olan “Leopard” tanklarını Ukraynaya təhvil verəcəyik. Əlbəttə ki, eyni zamanda, öz ordumuzu modernləşdirəcək və təhlükəsizliyimizin qayğısına qalacağıq. Başa düşürük ki, bu, Polşa hakimiyyəti olaraq borcumuzdur. Ölkəmizin Ukraynaya Leopard tankları göndərmək təşəbbüsü barədə çox danışmışıq. Digər müttəfiqlərin yardımının bir hissəsi olan bu tankları bir araya gətirərək ən azından Ukrayna üçün zirehli briqada yarada bilərik”.
Etibar Məmmədov /Aktualtv.az










