Rusiya ilə Estoniya arasında gərkinlik: Ölkəni tərk edin -Özəl

Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfirindən ölkəni tərk etməsini istəyib. Məlum olduğu kimi, Estoniya parlamenti Rusiyanı “terrorçu dövlət” kimi qələmə verib.
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı səfirindən ölkəni tərk etməsini istəyib.
Estoniya Parlamenti Rusiyanı “terrorçu dövlət” elan edib.
Estoniya parlamenti (Riigikogu) Rusiyanı “terrorçu dövlət” adlandırıb və dövləti terrorizmin sponsoru elan edir”.
Aktualtv.az xəbər verir ki, bəyanatda beynəlxalq ictimaiyyəti oxşar qərarlar qəbul etməyə çağırılıb. Beləliklə, Litva və Latviyadan sonra Estoniya Rusiyanı terrorçu dövlət elan edən üçüncü Baltikyanı parlament olub.
Parlamentdə səsə qoyulan qərar layihəsini 101 deputatdan 88-i dəstəklədiyi halda, 10 deputat səsvermədə iştirak etməyib, 3 deputat isə bitərəf qalıb. Estoniya, Litva və Latviya dünən Avropa İttifaqı (Aİ) və beynəlxalq tərəfdaşlarla Ukraynanı dəstəkləmək üçün xüsusi məhkəmənin yaradılmasını tələb ediblər. Litva Xarici İşlər Nazirliyi məhkəmədən Rusiyanın hücumlarını araşdırmağı, mövcud məhkəmə boşluğunu doldurmağı və Rusiyanın Ukrayna qarşısında cavabdehliyini təmin etməyi xahiş edən birgə bəyanat yayıb.
BMT-nin Baş Assambleyası Rusiyanın Ukrayna regionlarına qeyri-qanuni əlavə edilməsini pisləyən qərarı qəbul edib.
Oktyabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 143 ölkənin səsi ilə Rusiyanın Ukraynanın regionlarını qanunsuz ilhaqını pisləyən qətnamə qəbul edib.
193 üzvdən ibarət Baş Assambleyada səsvermə Rusiyanın oktyabrın 10-da Ukraynanın şərqindəki Donetsk, Luqansk, Zaporojya və Xersonu ilhaq etmək üçün “qeyri-qanuni” referendumları müzakirə etmək üçün fövqəladə iclas keçirməsindən sonra baş tutub.
Səsvermədə 143 ölkə Rusiyanın bu addımını pisləmək üçün səs verib, Rusiya, Venesuela, Şimali Koreya, Belarus və Suriya da daxil olmaqla 5 ölkə qətnamənin əleyhinə səs verib, Çin və Hindistan da daxil olmaqla 33 ölkə bitərəf qalıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]