“Sədərək”də vergi QALMAQALI – Sahibkarlar etiraz edir (FOTOLAR)

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır.

Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb sahibkarların bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]