Səddam Hüseynin şəxsi yaxtası elm mərkəzinə çevrildi – FOTOLAR -Özəl

İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.
Səddam Hüseynin adını daşımasına baxmayaraq, devrilmiş rəhbərin ayaq basmadığı yaxtanın tikintisinə 1980-ci ildə Danimarkada başlanılıb və bir il sonra tamamlanıb. Şəxsi yaxta 8 illik İraq-İran müharibəsi və sonra Körfəz müharibəsi səbəbindən İraqa gətirilə bilməyib.
Yaxta daha sonra Səddam Hüseyn tərəfindən Səudiyyə Ərəbistanının o zaman kı kralı Fəhd Bin Əbdüləziz Əl-Səuda hədiyyə edilib.
Aktualtv.az xəbər verir ki, maraqlı yaxta o zamanlar “Kadisiye Yaxtası” adlandırılsa da, hazırda “Basra Breeze Yaxtası” kimi tanınır.
4 MƏRTƏBƏLİ 18 OTAQLI
Çox qiymətli mebellərlə təchiz olunmuş yaxta 18 otaq 4 mərtəbədən ibarətdir. 82 metr uzunluğunda olan yaxtada hətta bərbərxana, kimyəvi təmizləmə və ilk yardım otağı da var.
Səddamın ölkəyə girə bilmədiyi yaxta yalnız 2010-cu ildə Bəsrəyə gətirilib. Dövrün nəqliyyat naziri Əmir Əbdüccəbər bu yaxtanı Səddamın xüsusi məqsədləri üçün tikdirdiyini və dövlətin malı olduğu üçün ölkəyə gətirildiyini açıqlanıb.
2015-ci ildə iraqlı və alman alimlərin hazırladığı layihə çərçivəsində ilk dəfə yaxta ilə dəniz kəşfiyyatı turu həyata keçirilib. Bu gün Dəclə və Fərat çaylarının qovuşduğu Şattularapda lövbər salan Səddamın şəxsi yaxtası Bəsrə Universiteti Dəniz Elmləri İnstitutunun Elmi Araşdırma Mərkəzi kimi istifadə olunur.
Yaxta yerli və xarici turistlər üçün də açıqdır. Keçən həftə tamamlanan 25-ci Körfəz Kuboku çərçivəsində Bəsrəyə gələn Körfəz vətəndaşları yaxtaya böyük maraq göstərib. Körfəz sakinləri geniş şəkildə gəzdikləri yaxtada çəkdirdikləri foto və videoları sosial mediada paylaşıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]