Yeni tanklar orduya təhvil verilib-Özəl

İsrail Müdafiə Qüvvələri səhra sınaqları üçün “Merkava” tankının yeni- beşinci modifikasiyasını alıb.

Aktualtv.az xəbər verir ki, “Merkava V” ən müasir tank əleyhinə raket sistemlərinə tab gətirə bilən və onun ətrafında “zərərsizləşdirici qabarcıq” yaradan “APS Trophy” aktiv mühafizə sistemi ilə təchiz edilib.

Bundan əlavə, “Merkava V” həm gündüz, həm də gecə rejimində 360 dərəcə hərtərəfli görünüşə malikdir. Döyüş sahəsinin təsviri komandirin 3D dəbilqəsində göstərilir, tanka dəyən zərər haqqında məlumat, hədəfi necə vurmaq və mərmi seçmək barədə tövsiyələr də oraya göndərilir. Tank 1,5 min at gücünə malik mühərriklə təchiz edilib və sürəti 64 km/saata çata bilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]