İspaniyada həyat səhiyyə, nəqliyyat və hüquq sektorlarında tətillər səbəbindən dayanıb.
İspaniyada səhiyyə və ədliyyə xidmətlərində başlayan müddətsiz tətillər ispanların gündəlik həyatına təsir etməyə başlayıb.
Aktualtv.az xəbər verir ki, paytaxt Madriddə 7-ci həftəsinə girən ilk müdaxilə edənlərin və ailə həkimlərinin tətili ölkənin digər muxtar administrasiyaları olan Əndəlus və Kataloniyaya da yayılıb.
Əndəlus özünüidarəsinin həkimləri Madriddə olduğu kimi müddətsiz tətilə başlayıblar.
Kataloniyada bu gün başlayan tətillərin yanvarın 25, 26 və fevralın 1, 2, 3-də keçiriləcəyi açıqlanıb.
Həkimlər xəstəxanalarda kadr sıxlığı və çatışmazlığı, kadrların işə götürülməsi, dövlət xəstəxanalarının iş şəraitinin gücləndirilməsi, gənc həkimlərin qarşısının alınması ilə bağlı hazırda hər xəstəyə 3 dəqiqə olan müayinə vaxtının ən azı 10 dəqiqəyə çatdırılmasını tələb edirlər. Valensiya və Araqon bölgələrində ki həkimlərin də yaxın həftələrdə tətilə başlayacağı gözlənilir.
Digər tərəfdən ölkə daxilində sayı 4300-ə çatan məhkəmə məmurları maaş artımı tələbi ilə bu gündən etibarən müddətsiz tətilə başlayıb.
Məhkəmə katiblərinin bağlı olduğu üç həmkarlar ittifaqı ötən il müxtəlif fasilələrlə qısa müddətli iş dayandırma aksiyasını “hökumətin peşəkar tələblərinin yerinə yetirilmədiyi və maaş artımının həyata keçirilmədiyi” əsası ilə müddətsiz tətilə çevirib.
Ədliyyə Nazirliyinin dövlət katibi Tontxu Rodriguez minlərlə məhkəmə prosesini və dinləmələri pozacaq tətili “siyasi” adlandıraraq, katiblərin üç il ərzində orta hesabla 14,76 faiz maaş artımı aldığını bildirib.
Ölkədə daha bir etiraz aksiyası Madriddə taksi sürücüləri tərəfindən edilib.
Madriddə muxtar administrasiyanın Uber və Cabify kimi rəqəmsal nəqliyyat platformalarının (VTC) hüquqlarını genişləndirən yeni tənzimləmənin qəbul edilməsi təşəbbüsünə qarşı çıxan taksi sürücüləri şəhərdə nəqliyyatın hərəkətini yavaşlatmaq üçün hərəkətə keçiblər.
Yüzlərlə taksi sürücüsü şəhərin mərkəzində yavaş-yavaş hərəkət edərək nəqliyyatın hərəkətini pozub.
