Daha bir ölkədə “Qurani-Kərim”  YANDIRILIDI

Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada tək başına keçirdiyi aksiyada Quranı cırıb.

Aktualtv.az  xarici KİV-ə istinadən xəbər verir ki, Vaqensveld Quranı cırdığı anın fotolarını “Twitter” hesabında paylaşıb.

Paylaşımın davamında cırıq Quran səhifələrinin yandırıldığı da görülüb. Onun bu paylaşımı müsəlman ölkələri tərəfindən qınanılıb. 

Bundan əlavə, Hollandiya Prokurorluğu tərəfindən 17 Noyabrda edilən yazılı açıqlamada Hz. Məhəmmədi təhqir etdiyi üçün polis tərəfindən saxlanılan Vaqensveldin islam inancının mənsublarını deyil, dinin özünü təhqir etdiyi və heç bir cinayət törətmədiyi səbəbilə cinayət məsuliyyətinə cəlb edilməyəcəyi bildirilib.

Qeyd edək ki, ötən günlərdə İsveçdə Türkiyə səfirliryinin qarşısında Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludana da “Qurani-Kərim”  kitabını yandırmışdı. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]