Erməni “həkimləri” türk əsgərləri üzərində kimyəvi silahla eksperimentləri necə aparıblar? Heyrətləndirən məxfi arxiv məlumatları – Özəl

Türkiyə tarixçisi Cazmi Yurtsevər Avstraliya arxivində bəzi məlumatların axtarışı zamanı şok sənədlə – Misirdəki Seyidbəşir Küveysna Osmani Usareyn Hərbiyə düşərgəsindəki türk hərbi əsirləri əks etdirən fotoşəkillə rastlaşıb. Həmin əsgərlər kimyəvi silahla aparılan təcrübələr zamanı görmə qabiliyyətlərini tamamilə itiriblər. Prosesə iki erməni həkim – Arsen Kohoryan və Leon Samuelyan rəhbərlik edib.

1917-ci ilin noyabr ayının əvvəllərində Qəzza-Biryussebi (Fələstin) döyüşündən sonra ingilis əsgərləri çoxlu sayda türk əsgərini əsir götürüb.

Maltadakı hərbi əsir düşərgələri tam dolduğu üçün bu əsirlərin bir hissəsinin Misirə göndərilməsi qərara alınıb. İngilis komandanlığının əmri ilə onlar Heliopolis yaxınlığındakı əsir düşərgəsinə – Seyidbəşir Kuveysna Osmani Usareyn Harbiyaya yerləşdiriliblər. O zaman insanların sıx olduğu yerlərdə əsas təhlükə yoluxucu xəstəliklər – vəba, tif və s. olduğundan ingilis komandanlığı erməni həkimlərinə düşərgələrdə nəinki epidemioloji təhlükəsizliyin təmin edilməsi ilə məşğul olmağı, həm də, eyni zamanda, eksperimentlər aparmağı tapşırıb. Amma görünür, erməni “həkimlər” bu əmri özlərinə məxsus şəkildə başa düşüblər.

Cazmi Yurtseverin bildirdiyinə görə, Avstraliya arxivlərində JO1208 kod işarəsi altında bir sənəd – böyük miqdarda krezol maddəsi ilə doldurulmuş vanna qəbul etməyə məcbur edilən türk əsgərlərinin fotoşəkili saxlanılır.

Belə ki, sağ qalan erməni həkimlərinin bəzi ifadələrinə görə, krezol turşusu ilə yandırılmış türk əsgərləri ölümcül vannalardan çıxmağa çalışsalar da, ingilis əsgərləri onları tüfəngin qundağı ilə geri itələmişdilər, çünki erməni “həkimləri” ingilisləri inandırıblar ki, sonuncular sadəcə yuyunmaq istəmirlər. Nəticədə türk əsgərlərinin hamısı görmə qabiliyyətini itirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]