“Mənə deyir, səninlə başqa yerdə danışacam”

“Qapını açanda arxadan gələn avtobus qapıya çırpıldı… Bir neçə saniyə gec gəlsə, qarşısında qapı yox, mən olacaqdım”.

Bunu tanınmış teleaparıcı Vüsalə Məmmədova özünün sosial şəbəkə hesabında paylaşıb.

Aparıcının sözlərinə görə, “Bolt” sərnişindaşıma şirkətinin sürücüsü həm ehtiyatsız davranıb, həm də onu təhdid edib:

“Şirkətin qarşısında saxlamağa yer ola-ola taksi “arxadan maşın gəlir, saxlaya bilmərəm” deyib, irəli sürdü. Dayanacağa yaxın yerdə, ikinci zolaqda saxladı və “o qapı içəridən açılmır, sol qapıdan düşün” dedi… İki dəfə yoxladım, həqiqətən qapı açılmırdı, məcbur qalıb sürücünün arxasındakı qapıya tərəf keçdim. Yaşadığım stress bir yana, indi sürücü zəng edib ki, “bu işi neyləyək?”. “Bolt”da qeydiyyatdan keçdiyi avtomobillə gəlməyib, qapısı xarab, sol qapıdan düşməyi deyir və saxlayanda arxadan gələn maşını görə-görə, düşəndə arxadan gələn avtobusu görmür, xəbərdarlıq eləmir… Mənə də deyir səninlə başqa yerdə danışacam”, – deyə aparıcı bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]