Millət vəkili Rasim Musabəyov: “Vardanyan” layihəsi tezliklə bağlanacaq – Özəl

“Vardanyan” layihəsi tezliklə bağlanacaq, lakin bu personaj öz şələ-küləsini yığmaq əvəzinə, özünü reklam etməkdə davam edir. Bunu millət vəkili Rasim Musabəyov bildirib.

“Qarabağ erməniləri Rusiyanın çirkaba bulaşmış ofşor biznesmeni Ruben Vardanyandan onların vəziyyətini yaxşılaşdıra biləcək yaradıcı fəaliyyətlər gözləyirdilər. Amma görünür, əbəs yerə. Vardanyan yerli ermənilərin konkret problemlərinin həlli ilə deyil, həyatda ən yaxşı bacardığı işlərlə – intriqalar və özünü reklam etməklə məşğuldur. Onun multimilyonluq sərvəti və nüfuzlu xarici diaspora ilə əlaqələri ilə bu o qədər də çətin iş deyil. Rusiyanın “Дождь”, RTVI, France-24 telekanallarına verdiyi geniş müsahibələrdən sonra Vardanyan BBC-nin məşhur HardTalk proqramında xeyli sayda lazımsız sözlər qaçırdı. Burada özünə inam hissi işləmədi və aparıcının kəskin suallar yağışının altında Vardanyan, necə deyərlər, özünü tamamilə itirdi. Lakin problem bunda deyil. Bir uğursuz müsahibə əvəzinə Vardanyan asanlıqla daha bir neçə uğurlusunu təşkil edir. Bəla ondadır ki, Vardanyan və onun rus kuratorları tərəfindən İrəvanda hakimiyyət zirvələrinə hücum üçün tramplin və müqəddimə kimi başladığı bütün “Qarabağ layihəsi” iflasa uğrayıb. Bu isə artıq ciddi məsələdir. Yəqin ki, Vardanyan özünün uğursuz “Qarabağ portfelini” minimal itkilərlə “bağlamaq” düşüncələrindən Xankəndində son dərəcə narahat gecələr keçirir. Vardanyana məsləhət vermək mənim işim deyil, ancaq yuxusuzluğun dərmanı olaraq ənənəvi viski əvəzinə Con Apdaykın “Dovşan, qaç” adlı gözəl kitabını tövsiyə etməyə cəsarət edərdim. Burada o, çoxlu faydalı və ibrətamiz şeylər kəşf edə bilər. Axı, qəzəbli Qarabağ erməniləri onu girov götürüb aldadılmış gözləntilərinin əvəzi olaraq yüz milyonluq kompensasiya tələb edə bilərlər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]