ABŞ Dövlət Departamenti Stokholmdakı Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.
Aktualtv.az xəbər verir ki, departamentin mətbuat xidmətinin rəhbəri Ned Praysın sözlərinə görə, təxribatçı ola bilsin bilərəkdən tərəflərin arasını vurmağa cəhd göstərib, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb.
Prays “Leopard 2” tanklarının Ukraynaya göndərilməsinə də münasibət bildirib. Qeyd edib ki, məsələ müttəfiqlərlə müzakirə olunmalıdır. Qərb ölkələri arasında Kiyevin silahla təmin edilməsində ayrıseçkilik yoxdur. Zirehli texnikaların göndərilməsi Ukraynanın müstəqilliyinin şübhə altına alınması anlamına gəlməməlidir.










