Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko istefa ərizəsi yazıb.
Aktualtv.az xəbər verir ki, onun yerinə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba təyin olunacaq. Xatırladaq ki, dövlət qulluqçularının məzuniyyət üçün xaricə səyahət etməsinə qadağa qoyulub.
Volodimir Zelenskinin sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı hökumətin bütün məmurlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, deputatlara, prokurorlara aiddir. Əgər dincəlmək istəsəyirlərsə dövlət qulluğundan kənarda dincəlsinlər.
Zelenski ənənəvi videomüraciətində onu da bildirib ki, ölkəsi “Patriot” zenit-raket komplekslərinin çatdırılmasını gözləyir və artıq “Abrams” tanklarına göz dikib. Müharibə başa çatdıqdan sonra isə Ukrayna Amerika biznesinə bir çox maraqlı layihələr təklif edə bilər.










