Rusiya cəbhə xəttində möhkəmlənə bilmir – On minlərlə yeni hərbçi göndərildi -Özəl

Son bir neçə ay ərzində Rusiya Ukraynada cəbhə xəttini gücləndirmək üçün on minlərlə yeni hərbçi göndərib.

Aktualtv.az xəbər verir ki, bu barədə CNN telekanalına ABŞ-nın yüksək rütbəli hərbi nümayəndəsi bildirib. Telekanalın məlumatına görə, qüvvələrin bu cür köçürülməsi heç bir nəticə verməyib. Bu, əsgərlər “döyüş meydanına atılmaq” üçün “zəif təchizatlı, zəif hazırlıqlı” olması ilə əlaqələndirilib.

Qeyd edilib ki, “Rusiya cəbhədə mövqeyini gücləndirmək üçün yeni təşkil edilmiş ordu birləşmələrini mövcud hərbçilərə əvəzedici və ya gücləndirici qismində göndərib. Bu hərbçilər əsasən Kremlin oktyabrda 300 min yeni qoşunun səfərbər olunduğunu elan etdikdən sonra döyüş meydanına göndərilib”.

Bir qədər əvvəl isə Prezident Vlodomir Zelenski bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hansı qüvvələri topladığını görür və onları dəf etməyə hazırdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]