“Rusiya Qarabağın Azərbaycanın tərkib hissəsi olmağını istəmir ” – AÇIQLAMA -Özəl

“Ruben Vardaryan dünən jurnalistlərin suallarını cavablandırarkən açıq şəkildə ifadə elədi ki, onu Qarabağa Putin göndərib. Vardanyan siyasətçi olmadığı üçün təbiiki siyası manevra edə bilmədi və bunu açıq şəkildə söylədi”.

Bu fikirləri Aktualtv.az-a açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

Politoloq bildirib ki, biz ondan öncə də qeyd etmişdik ki, Putin Vardanyanı Qarabağa bilərək və məqsədli şəkildə göndərib:

“Əlbətdə bunun arxasında səbəblər var. Səbəblərdən biri odur ki, Vardaryanın əlində kifayət qədər maliyyə vəsaiti var və Vladimir Putin düşünürdü ki, bu maliyyə vəsaitindən istifadə edərək Qarabağda camaatı ələ alacaq, beləliklə orada separatçı meyillər güclənəcək. Həmçinin maliyyə vəsaitindən istifadə edərək separatçı qoşuna silah almaq mümkün olacaq. Üstəlik Vardanyanı ora göndərməklə Rusiya tərəfi sübut edir ki, Qarabağdakı terrorçu başı Arturyana əslində tam olaraq güvənmir”.

Samir Hümbətov bildirib ki, Putin Vardanyanı, özündən aslı bir nəfəri ora yerləşdirməklə istədiyi vaxt istədiyi münaqişəni yaratmağı hədəfləyir:

“Vardanyan separatçılığı gücləndirmək üçün ora göndərilib. Rusiya haqqında açıq desək “ Rusiya Qarabağın Azərbaycanın tərkib hissə kimi qalmağını istəmir”. Buna görə də öz maraqları naminə separatçılıq edir. Bu səbəbdən hesab edirəm ki, Vardanyanın belə bir açıqlama verməsi Rusiyanın indiki halda niyyətini ortaya qoymuş oldu. Vardanyanı ora göndərməklə bizim təbii sərvətlərimizi qanunsuz şəkildə istismar etməyi bir azda uzadacaq. Vardanyanın ora göndərilməsi Rusiyanın planlarından biridir və Qarabağı daimi gərginlikdə saxlamaq məqsədi güdür”.

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]