Sərhədin 302 kilometrlik hissəsi terrorçulardan təmizlənib – AKAR

Türkiyə-İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.

Aktualtv.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

“Bizim “Pəncə-Kilid” əməliyyatında müəyyən mərhələyə gəlinib. Zap bölgəsi böyük ölçüdə terrorçulardan təmizlənib. İllərdir orada olan terrorçuların mağaralarına girmişik. Yuvaları, mağaraları, sığınacaqları dağıdılıb. İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib. Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib.Terrorçuların istifadə etdiyi 600-ə yaxın mağara, sığınacaq, 2 mindən çox mina və əldəqayırma partlayıcılar məhv edilib. Əsgərlərimiz əməliyyatda terrorçulara məxsus 1174 silah və 533 min 275 sursat ələ keçirib”, – deyə nazir bildirib.

Akar onu da qeyd edib ki, Türkiyənin hədəfi terrora son qoymaqdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]altv.az