“ Sadəcə Türk dilli dövlətlərdə deyil fransız və rus dillərində də yayımını həyata keçirəcəyik”-Lalə Azərtaş -Özəl

24 yanvar tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında iştirak edən Lalə Azərtaş “Şuşanın 270 anı” film haqqında Aktualtv.az-ın suallarını cavablandırıb.

Lalə xanım bildirib ki, layihəmiz Şuşa ili çərçivəsində başlasa da və ötən il Şuşa ili olsa da düşünürük ki Şuşanın ili heç vaxt bitməyək. Bu il cari il Türk ölkələrinin mədəniyyət paytaxtı yenə Şuşa şəhəri seçilib. Demək ki bizim Şuşamızla bağlı hər ötən il daha məsuliyyətli keçiriləcək və Şuşanın ili heç bir zaman bitməyəcək.

Layihənin müddəti başa çatsa da layihə nəticəsində ərsəyə gələn filmin təqdimatını sonlandırmağı düşünmürük, çünki bizim film tarixi motivlər əsasında çəkilmiş bir filmdir. Şuşanın dünəni, bu günü, gələcəyi var. Düşünürəm ki, şuşalı günlərimiz əbədi olacaq. Ola bilər paralel layihəmiz olsun, lakin yenə də “Şuşanın 270 anı” filminin təqdimatı davam edəcək.

İki aydır fasiləsiz fəaliyyət göstəririk. Türkiyədə Haberglobal da yayımlanıb. Geniş rezonans doğurmuş və müsbət nəticələr gəlmiş bir filmdir. Düşünürəm ki, sadəcə Türk dilli dövlətlərdə deyil, daha geniş auditoriyaya təqdim etmək üçün filmin rus və fransız dillərində yayımını həyata keçirməliyik. Bakıda fəaliyyət göstərən, xarici tələbələrin təhsil aldığı UFAZ, Bakı Fransız liseyi, British School kimi təhsil müəssisələrində keçirilən görüşlər zamanı Fransada, İngiltərədə filmimiz yayımlanması üçün danışıqlar aparırıq. Və bunu da gərçəkləştirəcəyik!

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]