Ukraynada bir neçə vəzifəli şəxs istefaya göndərilib. Belə ki, Ölkənin icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini İvan Luker, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov, Baş prokurorun müavini Aleksey Simonenko vəzifələrindən uzaqlaşdırılıblar.
Aktualtv.az xəbər verir ki, daha əvvəl isə Ukrayna Prezident Ofisinin müşaviri Oliksiy Arestoviç vəzifəsindən azad edilmişdi. Məlumatlara görə, Ukrayna Nazirlər Kabineti 5 vilayətin hərbi administrasiyasının rəhbərini vəzifəsindən azad etməyi planlaşdırır.
Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter hesabında ölkədəki kadr islahatlarına münasibət bildirib. Qeyd edib ki, islahatlar dövlətin əsas prioritetlərini göstərir. Onun sözlərinə görə, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir. Podolyak bildirib ki, bu, ictimai tələbin nəticəsidir.










