Ərdoğan Təhlükəsizlik Şurasını toplayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırır.

Aktualtv.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclasda “taxıl dəhlizi” və Ukraynadakı müharibənin müzakirə edilməsi də planlaşdırılır.

“Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının üzvləri ilə humanitar yardım məsələsini, vasitəçilik təşəbbüslərini, həmçinin Ukraynada uzunmüddətli atəşkəs perspektivini müzakirə etmək istəyir”, – məlumatda deyilir.

Həmçinin Türkiyə Təhlükəsizlik Şurası İraqın şimalında, Suriyada, Yunanıstanda və İsveçdə nümayişçilərin Quranı yandırılması təxribatlarını da müzakirə edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]