ABŞ və İsrail “Juniper Oak – 2023” hərbi təlimləri keçirir.
Aktualtv.az xəbər verir ki, təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS artilleriya raket sistemləri də cəlb olunub. 6400 Amerika hərbçisinin iştirakı ilə başlayan təlimlərdə düşmən hədəflərinə zərbələrin endirilməsi, mürəkkəb əməliyyatların icrası, həmçinin vahid komandanlıq altında birgə hərəkət olunması məşq edilir.
O cümlədən təlimlərə müxtəlif növ döyüş, kəşfiyyat və hərbi nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub. İsrailin baş naziri Binyamin Netanyahu Amerika Knessetinin Yəhudi Komitəsi ilə görüşündə təlimlərin keçirilməsinə toxunaraq bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail və ABŞ üçün ümumi məqsədə çevrilməlidir.
Səbinə Kərimova /aktualtv.az










