Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib.

Aktualtv.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nağdsız əməliyyatların həcmi 2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 2313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.

Bundan əlavə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS terminalların sayı isə 29.8% artıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]