“Bu, uşaqlarda virusun ağırlaşmış formasıdır” – Nazirlik

Son zamanlar havaların qeyri-sabit keçməsi ilə əlaqədar hər il soyuq mövsümdə gördüyümüz respirator viruslar artıb.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, virus üst və alt tənəffüs yollarını tutur:

“Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var. Virus boğaz və burunun selikli qişasında yerləşir. Bunun nəticəsində boğazda ağrı və burun axması yaranır. Daha sonra virus bronxların selikli qişalarını zədələyərkən öskürək də yaranır. Bronxlarda selikli qişa tam bərpa olunana qədər bu davam edir.

İlk 3-4 gün virusun şiddətli günlərdir. Qızdırma dərmanlarla düşməsə, tibb müəssisələrinə yaxınlaşmaq lazımdır. Bol su içmək lazımdır. Baş, göz, qulaq ağrısı, gözlərdə çirk gəldikdə bu, virusun ağırlaşmış formasıdır. Bu zaman mütləq həkimə gedilməlidir. 6-7 yaşdan aşağı uşaqlar tez-tez xəstələnir. Əgər bu yaşda olan uşaqlar ildə 9 dəfə xəstələnirsə bu normaldır”.

Həkim eyni zamanda qeyd edib ki, 6 aydan yuxarı uşaqlara sentyabr-oktyabr ayında qrip peyvəndinin vurulması məsləhər görülür. Poliklinikalarda peyvənd vurdurmaq mümkündür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]