Deputat idmançıların həbsindən DANIŞDI

“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”. 

Aktualtv.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.  

Deputat bildirib ki, yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər: “Təəssüf ki, idmançıların həbsi ilə bağlı faktlar var. İdmançılarımızı torpaqlarımızın müdafiəsi sahəsində görmək istəyirik və görürük. Neqativ halları biz də pisləyirik. Hesab edirəm ki, idman insanları sağlamlaşdırır, tərəqqini təbliğ edir. Xırda neqativ hallar isə hər zaman pislənilir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]