İki ölkə arasındakı GƏRGİNLİK ARTDI: Dünya yeni müharibənin astanasındadır -Özəl

Ruanda ordusu hava məkanını 3 dəfə pozan Konqo Demokratik Respublikasına məxsus döyüş təyyarəsini vurub. Mövzu ilə bağlı rəsmi açıqlama verilməsə də, iki Afrika ölkəsi müharibə həddinə gəlib.

Aktualtv.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərə görə, yerli vaxtla saat 17.03-də Konqo Demokratik Respublikasına məxsus “Sukhoi-25” tipli döyüş təyyarəsi Ruandanın hava məkanını 3 dəfə pozub.

HEÇ BİR RƏSMİ ELAN VERİLMİR
Ruandanın açdığı atəş nəticəsində təyyarə Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

HƏR İKİ ÖLKƏ BİR BİRİNƏ PİSDİR
Yanvarın 19-da Ruanda Konqo Demokratik Respublikasını əcnəbi muzdluları cəlb etməklə müharibəyə hazırlaşmaqda ittiham edib. Konqo Demokratik Respublikası Ruandanı ölkəsinin şərqində hücumlar həyata keçirən 23 Mart Hərəkatına (M23) dəstək verməkdə ittiham edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]