İranda “rejim əleyhinə təbliğat aparmaqda” ittiham olunan futbolçu klubundan qovuldu -Özəl

İranda əxlaq polisi tərəfindən saxlanılan və polis nəzarətində ikən dünyasını dəyişən Məhsa Əmininin ardından ölkə daxilində başlayan etiraz nümayişləri davam edərkən etirazlara dəstək verən milli futbolçu Qafuri komandasından kənarlaşdırılıb.
Aktualtv.az xəbər verir ki, İranın Birinci Futbol Liqası komandalarından olan “Xuzistan Fulad”ın təcrübəli sağ cinah müdafiəçisi Qafuri komandanın baş məşqçisi Cavad Nekunamın qərarı ilə oyuna 48 saat qalmış heyətdən çıxarılıb.
Birinci Liqa komandalarından İstiqlal komandasının kapitanı Nekunamın təklifi ilə mövsümün əvvəlində Xuzistan Fulad klubuna transfer olunarkən, futbolçu klubdan qovulub və mövzu ilə bağlı əlavə məlumat paylaşılmayıb.
İranda Məhsa Əmini etirazları zamanı dəfələrlə təhlükəsizlik qüvvələrinin müdaxiləsini və ölkə hökumətinin münasibətini tənqid edən Qafuri noyabrın 24-də “İran Milli Komandasını təhqir etdiyi və rejim əleyhinə təbliğat apardığı” üçün həbs edilib.
Qafurinin həbsi ölkənin idman ictimaiyyətinin reaksiyasına səbəb olub və iranlı futbolçu noyabrın 29-da zaminə buraxılıb.
Əmininin ölümündən sonra sentyabrın 17-də doğulduğu Sakqızda başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə etirazlara çevrilib.
Ölkə daxilində aylarla davam edən nümayişlərdə 10 mindən çox insan saxlanılıb.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yanvarın 9-da dərc etdiyi hesabatda Əmininin ölümündən sonra başlayan nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 481 etirazçının öldüyünü bildirib.
Məlumatda qeyd olunub ki, nümayişlərdə saxlanılanlardan ən azı 109-nun dosyesi ölüm hökmü ilə məhkəməyə göndərilib. İndiyədək barəsində ölüm hökmü çıxarılan dörd nümayişçi edam edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]