İranla Taliban arasında münasibətlər gərginləşir – 46 Əfqanıstan vətəndaşının meyiti ölkələrinə göndərilib – Özəl

Son bir ay ərzində İranda müxtəlif hadisələrdə həyatını itirən 46 Əfqanıstan vətəndaşının meyiti ölkələrinə göndərilib.

Aktualtv.az xəbər verir ki, Əfqanıstan mətbuatının məlumatına görə, həyatını itirən şəxslər işləmək üçün İrana gedən əfqanlar olublar və onların bir çoxu etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülüblər. Qeyd olunub ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]