NATO ölkələrinin xarici işlər nazirləri bu tarixdə görüşəcək

NATO ölkələrinin xarici işlər nazirləri Norveçdə keçiriləcək qeyri-rəsmi görüşdə bir araya gələcək.

Bu haqda NATO açıqlama yayıb.

Toplantının 31 may-1 iyun tarixlərində paytaxt Osloda keçiriləcəyi qeyd olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq mövzu ilə bağlı verdiyi şərhdə, “Norveçin təklifinə görə minnətdaram. Doğma şəhərimdə NATO xarici işlər nazirləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyib.

Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.

Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]