Şimali Koreyada təsbit olunmayan tənəffüs yoluxucu xəstəlik şübhəsi ilə paytaxt Pxenyanda 5 günlük komendant saatı elan edilib. Xalq isə komendant saatının uzadılmasına cavab olaraq ərzaq ehtiyatı toplamağa başlayıb.
Aktualtv.az xəbər ki, səlahiyyətlilər, hadisələrin sayının artmasının qarşısını almaq üçün paytaxtda komendant saatı tətbiq edildiyini açıqlayıb. Xəstəliyin növü hələ müəyyən edilməyib, lakin paytaxt sakinlərindən gündə bir neçə dəfə bədən istiliyini ölçmələri xahiş olunub.
Yerli media xəbər verir ki, Pxenyanda insanlar 5 günlük komendant saatının uzadıla biləcəyi təqdirdə ərzaq ehtiyatı yığıblar. Şimali Koreyada Kovid-19-a ilk yoluxma halı 2022-ci ilin mayında, avqustda isə epidemiyaya qarşı qələbə elan edilib.
Digər tərəfdən, Pxenyan administrasiyası epidemiya ilə bağlı halların sayını və ölənlərin sayını şəffaf şəkildə açıqlamamaqda günahlandırılıb.










