Ukrayna ordusu Soledardan çıxıb-Özəl

Ukrayna hərbçiləri Donetsk vilayətindəki Soledar qəsəbəsindən geri çəkiliblər.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.

“Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qoşunları Soledardan geri çəkilərək əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləniblər. Soledarın müdafiəçiləri düşmənin 3-5 dəfə üstünlüyünə baxmayaraq, öz mövqelərində əsl şücaət göstəriblər. Onlar düşmənə şəxsi heyətdə böyük itkilər veriblər, bu da iki çeçen müharibəsində təcavüzkarın itkiləri ilə müqayisə edilə bilər”, – deyə Çerevatı vurğulayıb.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]