Zelenski Putinə qarşı xəbərdarlıq etdi: Rusiya səfərbər edə biləcəyi QÜVVƏLƏRLƏ -Özəl

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə davam edir. Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın yeni hücuma hazırlaşdığını bəyan edərək, “Rusiya daha çox adamını və texnikasını müharibəyə atmaq istəyir” deyib.
Aktualtv.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin birinci ilinə yaxınlaşdıqca müharibənin intensivliyi artmaqda davam edir. Xalqa müraciətində xəbərdarlıq edən Zelenski, “Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır. İşğalçılar artıq Bəhmut, Vuhledar və digər istiqamətlərdə təzyiqlərini artırırlar. Daha böyük bir ölkəyə təzyiqi artırmaq istəyirlər. Rusiya daha çox insan və texnikasını müharibəyə atmaq istəyir”.
ƏMƏKDAŞLIQ MESAJI
Bu çərçivədə dünyanın Ukrayna ilə əməkdaşlığı daha da artırması lazım olduğunu ifadə edən Zelesnki, “Bu, azad dünyanın əməkdaşlığı sürətləndirməli olması deməkdir. Bu, Rusiyanın yeni cinayət əməllərinin mümkün qədər qarşısını almaq üçün bir cavab olacaq” dedi.
FİNLANDİYA VƏ FRANSA LİDERLƏRİNİN Kiyevə SƏFƏRİ
Zelenski Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Sauli Niinistonun paytaxt Kiyevə səfərini də dəyərləndirib. Bu səfərlə bağlı açıqlamasında Zelenski, “Finlandiyadan müdafiə də daxil olmaqla yeni bir dəstək paketi gəldi. Rusiyaya qarşı sanksiyaları gücləndirmək və diplomatik təşəbbüslərimizə qoşulmaq istəyi var. Bu ili ölkələrimizin xeyrinə necə istifadə edə bilərik” deyib. Avropa və Avro-Atlantika institutları çərçivəsində əməkdaşlıq etmək istəyirik?

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]