Zelenskidən yeni çağırış: Bizimlə əməkdaşlığı artırın -Özəl

Rusiya-Ukrayna müharibəsinin birinci ilinin başa çatmasına bir neçə gün qalmış qarşılıqlı münaqişələr şiddətlənir. Rusiyanın yeni hücuma hazırlaşdığı iddiaları gündəmə gələrkən, Ukrayna prezidenti Vladimir Zelenski mövzu ilə bağlı açıqlama verib.
Aktualtv.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın yeni hücuma hazırlaşdığını bəyan edərək, “Rusiya daha çox adamını və texnikasını müharibəyə atmaq istəyir” deyib.
“BİZİMLE ƏMƏKDAŞLIĞI ARTIRIN”
Xalqa müraciətində xəbərdarlıq edən Zelenski, “Rusiya səfərbər edə biləcəyi qüvvələrlə yeni hücuma hazırlaşır. İşğalçılar artıq Bəhmut, Vuhledar və digər istiqamətlərdə təzyiqlərini artırırlar. Daha böyük bir ölkəyə təzyiqi artırmaq istəyirlər. Rusiya daha çox insan və texnikasını müharibəyə atmaq istəyir”. Bu kontekstdə dünyanın Ukrayna ilə əməkdaşlığını daha da artırması lazım olduğunu bildirən Zelenski, “Bu, azad dünyanın əməkdaşlığı sürətləndirməli olması deməkdir. Bu, Rusiyanın yeni cinayət əməllərinin mümkün qədər qarşısını almaq üçün cavab olacaq” dedi.
Zelenski Fransa prezidenti Emmanuel Makron və Finlandiya prezidenti Sauli Niinistonun paytaxt Kiyevə səfərini də dəyərləndirib. Bu səfərlə bağlı açıqlamasında Zelenski, “Finlandiyadan müdafiə də daxil olmaqla yeni bir dəstək paketi gəlib. Rusiyaya qarşı sanksiyaları gücləndirmək və diplomatik təşəbbüslərimizə qoşulmaq istəyi var. Bu ili ölkələrimizin xeyrinə necə istifadə edə bilərik” deyib. Avropa və Avro-Atlantika institutları çərçivəsində əməkdaşlıq etmək istəyirik?

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]