574 rus diplomatını arzuolunmaz şəxs elan ediblər-Özəl

Qərb ölkələri, eləcə də ABŞ-nin Sakit Okean sahili bəzi müttəfiqləri 24 fevral 2022-ci ildən bəri ümumilikdə 574 rus diplomatını arzuolunmaz şəxs elan ediblər.

Aktualtv.az xəbər verir ki, TASS-ın məlumatına görə, bütün bunlar müxtəlif səbəblərdən – həm Ukraynadakı vəziyyətlə bağlı, həm də diplomata yaraşmayan fəaliyyətlə bağlı olub. Bolqarıstan daha çox rus diplomatını ölkədən çıxarıb. Burada 83 nəfər arzuolunmaz şəxs elan edilib. Digər yerlərdə 45 nəfərlə Polşa, 40 nəfərlə Almaniya , hər biri 35 nəfər olmaqla Slovakiya və Fransa gəlir. Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin 19 əməkdaşı da ölkədən çıxarılıb.

Qeyd edək ki, hazırda bu statistika yüksək göstərici sayılır. Təkcə 2018-ci ildə Skripal işi ilə bağlı indiki saydan beş dəfə az rus diplomatı arzuolunmaz şəxs elan edilib.

Büllur Məmmədova / aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]