Abramoviçin şirkəti 1 dollara Türk iş adamının oldu -Özəl

Rusiyalı milyarder Roman Abramoviçin bir vaxtlar dəyəri yarım milyard dollar olan Britaniya telekommunikasiya şirkəti Truphone-un satış prosesi başa çatıb. Şirkət indi 1 dollara türk iş adamındır.
Aktualtv.az xəbər verir ki, Ukrayna Müharibəsindən sonra tətbiq edilən sanksiyalara görə Premyer Liqadan Çelsi başda olmaqla bir çox varlığını itirən rus milyarder Roman Abramoviçin İngiltərədəki telekom şirkəti Truphone da rəsmi olaraq satılıb.
Şirkət cəmi 1 dollara yeni sahibi türk-alman iş adamı Hakan Koçun olub.

İş adamı Hakan Koç, Truphone-un keçmiş meneceri Pyrros Koussios ilə birlikdə keçən il İngiltərə hökumətinə müraciət edərək Truphone-a borcunu üstəgəl 1 dollar təklif etmişdi.
Proses ötən həftə başa çatıb və təhvil-təslim dünən həyata keçirilib.
İngilis mətbuatına danışan Koç, “Çox rahatlatıcı bir vəziyyətdir. Nəhayət işə başlayacağıq” deyən o, sözü aylardır qeyri-müəyyənlik içində işləyən 446 şirkət işçisinə və şirkət müştərilərinə çatdırıb:
“Şirkətin hara getdiyini bilmədən işləyən dostlar üçün çox ağır bir dövr oldu. Müştərilərimiz də şirkətə sadiq qaldılar. İndi baş verənləri onlara asanlıqla deyə bilərik”.
Abramoviçin neft-kimya müdirləri Aleksandr Abramov və Alexander Frolov ilə uzun illər idarə etdiyi Truphone e-SIM istehsal edir. Şirkət 2020-ci ildə 505 milyon dollar dəyərində qiymətləndirilib. Dünya mətbuatı yazır ki, Abramoviç iki ortağı ilə birlikdə şirkət üçün 370 milyon dollar xərcləyib. 2006-cı ildə qurulan şirkətin borcu mətbuatda əksini tapmasa da müqaviləyə əsasən, Koç yaxın bir neçə il ərzində şirkətə 19 milyon dollar sərmayə qoyacağını vəd edib.
Məqsəd yeni dövrdə banklarla işləmək və şirkətin fəaliyyət sahəsini genişləndirməkdir. Görün Koç yeni terminlə bağlı nə deyir:
“Truphone heç vaxt qazanan yer olmayıb. Şirkəti dayanıqlı etmək üçün müəyyən sərmayə tələb olunacaq. Şirkəti sanksiyaya məruz qalanların əlindən almaq ona dəyər qatacaq”.
Bəs, şəxsi sərvəti cəmi 1 ildə 13,7 milyard dollardan 6,8 milyard dollara düşən, həyatını “İstanbul, Dubay, Moskva və Təl-Əviv” kvarteti arasında keçirən Abramoviçin şirkətini alan Koç kimdir? 37 yaşlı Hakan Koç, Auto 1 adlı Avropanın ən böyük ikinci əl avtomobil şirkətidir. Dünyanın 30 ölkəsində fəaliyyət göstərən şirkətdə 4000 nəfər çalışır. Şirkətin birjaya girməsi ilə 5 milyard avro sərvət qazandığı bildirilən Koç 2021-ci ildə Almaniyanın ən zəngin adamları siyahısına girməyi bacarıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]