Casus qalmaqalı ilə sarsılan Almaniyada sular sakitləşmir. Almaniya Xarici Kəşfiyyat İdarəsində (BND) casus böhranının əks-sədası davam edərkən Münhendən bombalı xəbər gəlib.
Günlərdir casus qalmaqalı ilə sarsılan Almaniya yeni bir xəbər ilə hərəkətə keçib.
Almaniyanın Münhen şəhərində Rusiya kəşfiyyatına məlumat verdiyi iddiası ilə Almaniya vətəndaşı saxlanılıb.
Aktualtv.az xəbər verir ki, Baş Prokurorluqdan verilən açıqlamada Artur E. adlı Almaniya vətəndaşının bazar günü ABŞ-dan Almaniyanın Münhen şəhərinə gəldiyi zaman kəşfiyyat xidməti ilə əməkdaşlıq etdiyi səbəbi ilə hava limanında saxlanıldığı açıqlanıb.
Sözügedən şəxsin dekabr ayında Rusiyaya casusluqda şübhəli bilinərək həbs edilən Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. ilə işlədiyi bildirilib.
Alman kəşfiyyatının əməkdaşı olmadığı vurğulanan Artur E.-nin Carten L.-dən aldığı məlumatları Rusiya kəşfiyyatına ötürdüyü və vətənə xəyanətdə ittiham edildiyi bildirilib.
İstintaqın BND və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ilə sıx əməkdaşlıq şəraitində aparıldığı bildirilib.
“QƏRBİN MÜDAFİƏSİ ÇEVRİLİŞ OLACAQ”
Məlumatın Rusiyaya sızması üzə çıxandan sonra təkcə BND-nin Berlindəki qərargahında deyil, Almaniya kəşfiyyatına məxfi məlumat verən Britaniya, Amerika və Ukrayna kəşfiyyat orqanlarında da həyəcan təbili çalmağa başlayıb.
BND-nin keçmiş rəhbəri Avqust Hanninq deyib: “Hər yerdə böyük narahatlıq var. İş ciddiləşə bilər, bu da Qərbin müdafiəsinə çevriliş olacaq!” deyir.
Carsten L.-nin ruslara Qərb mənbələri və casusluq üsulları haqqında məlumat verən materialları da sızdırdığı iddia edilir.










