Bakıda vəzifəli şəxslər rüşvət alarkən SAXLANILDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ağac kəsməni rəsmiləşdirmək məqsədilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alanda cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. 

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]