“Biz NATO-ya üzv olmaq istəyirik və bunun belə olacağına inanırıq”-Özəl

İsveç NATO-nun Madriddə keçirilən Sammiti çərçivəsində Türkiyə və Finlandiya ilə imzalanmış Üçtərəfli Memoranduma sadiqdir və diqqəti onun həyata keçirilməsinə yönəldir.

Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçin müdafiə naziri Pol Yonson deyib.

“Biz Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memoranduma əməl etməyə davam edirik və səylərimizi onun həyata keçirilməsinə yönəltmişik. NATO ilə hərbi razılaşmalarımız davam edir. Bu təşəbbüslər çərçivəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüş nəzərdə tutulsa da, görüş ləğv edilib. Biz əvvəlki formatda danışıqların bərpasını səbirsizliklə gözləyirik”, – deyə nazir bildirib.

Eyni zamanda, nazir tərəflərin “irəliləyiş əldə etdiyi” fikrini ifadə edib. “Biz NATO-ya üzv olmaq istəyirik və bunun belə olacağına inanırıq”, – deyə Pol Yonson vurğulayıb.

Büllur Məmmədova / aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]