“Heydər Əliyev -100” videolayihəsinə start verildi

Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev ili çərçivəsində “Heydər Əliyev – 100” videolayihəsinə start verib.

Komitədən verilən məlumata görə, layihə çərçivəsində görkəmli dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlıları ilə görüşləri, xaricdə yaşayan soydaşlarımıza Ümummilli liderin çağırış və tövsiyələri, tarixi şəxsiyyətlərə qayğısı, Güney Azərbaycan mövzusunda çıxışları və s. yer alacaq.

Ulu öndərin xarici səfərləri zamanı görüşdüyü Azərbaycan icmalarının üzvlərinin ilk dəfə dilə gətirəcəkləri maraqlı xatirələri də videoformatda təqdim olunacaq. Artıq videoçarxların istehsalına başlanılıb. Layihənin çəkilişləri həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə aparılır.

“Heydər Əliyev -100” videolayihəsi diaspor üzvləri arasında böyük marağa səbəb olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]