Korona bitmədən VƏBA KABUSU: 26 ölkəyə yayıdı, ölənlərin sayı günü-gündən artır -Özəl

Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni sürətləndirmədən davam etdirərkən, Malavidə 1002 nəfərin ölümünə səbəb olan vəba epidemiyası sakitcə davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.
Aktualtv.az xəbər verir ki, Malavidə vəba epidemiyası nəticəsində ölənlərin sayı sürətlə artır. Malavi Səhiyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni hadisə aşkarlanıb.
ÖLƏNLƏRİN SAYI 1002-DİR
Təxminən 20 milyon insan olan ölkədə ümumi yoluxma sayı 29 min 995-ə yüksələrkən, həyatını itirənlərin sayı isə 1002-dir. Səhiyyə naziri Khumbize Kandodo Çiponda ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb.
“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəba yoluxmuş şəxsdə sulu ishal, qusma, əzələ qıclığı kimi əlamətlərlə özünü göstərə bilər.
Qlobal səhiyyə qurumlarının və hökumətlərin tədbirləri nəticəsində illərdir azalan vəba hadisələri iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən genişlənməyə başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]